Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:17

Bazarda qıtlıq yaratdığı deyilən MMC haqda iş qaldırılıb


Foto: Arxiv
Foto: Arxiv

-

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti «Vest Produkt Marketinq» MMC barədə iş qaldırıb.

Nazirliyin saytında yerləşdirilən məlumatda deyilir ki, adıçəkilən qurum antiinhisar qanunvericiliyini pozub.

Monitorinqlər zamanı onun istehlak bazarında «Westgold», «French Cow» kərə yağlarının və «Oldenburger» pendirlərinin qiymətini süni artırdığı, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulları dövriyyədən çıxarması müəyyən edilib.

İstehlak bazarına nəzarət tədbirlərinin davam etdirildiyi bildirilir.​

XS
SM
MD
LG