Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:23

Azərbaycan Ukraynadan üz döndərir?


Kiyevdə Azadlıq heykəli
Kiyevdə Azadlıq heykəli

-

«Avromaydan» hadisələrindən, Rusiyanın Krımı işğal etməsindən sonra Azərbaycanın Ukrayna və Rusiyaya münasibəti dəyişdi. Bəs bu gün rəsmi Bakı hansı tərəfə üstünlük verir?

Bunu Ukraynanın «Geostrategy» Qlobal Kəşfiyyat Qrupu araşdırır.

Yazıda bildirilir ki, bu gün Azərbaycan rəhbərliyinə baxanda, ağlına istər-istəməz belə bir fikir gəlir ki, ölkə inamla rus favoritinə doğru gedir. Azərbaycan həmişə məharətlə Brüssel, Moskva, İstanbul, Vaşinqton və Tehran arasında oynayıb. Ancaq bu gün siyasi manevr qabiliyyətini itirdiyi, Rusiya ilə dostluq münasibətlərinin inkişafına üstünlük verdiyi görünür. Ancaq «Geostrategy» qrupu Rusiya-Azərbaycan dostluğunun möhkəm və uzunömürlü olacağından tam əmin deyil. Analitiklərin fikrincə, «rəngli inqilab»lar qorxusu medalın bir üzüdür, digər üzdə isə inciklik durur. Qərbin Dağlıq Qarabağ münaqişəsindən sərt mövqe tutmamasından inciklik. Axı Ukrayna məsələsində bu sərtlik üzə çıxdı. Daha bir inciklik isə bu müsəlman ölkəsinin Avropanın inkişaf etmiş xristian ölkələri ilə müqayisə olunması, demokratik göstəricilərə görə geri qalmasının vurğulanmasıdır.

«Əliyev düşünürsə ki, Ukrayna ilə dostluğunu qurban verib və Rusiya ordusu qarşısında toxunulmazlıq qazanıb, səhv edir. İnanırsa ki, Rusiya daha Dağlıq Qarabağ kartı ilə oynamayacaq, yenə də dərindən yanılır», - müəlliflər yazır.

Ukrayna ordusu Donbasda - 11 fevral 2015
Ukrayna ordusu Donbasda - 11 fevral 2015

«Ukrayna son faciəvi hadisələrə qədər Azərbaycanı özünün vacib tərəfdaşı sayırdı. Ancaq Rusiyanı aqressiv siyasətinə görə tənqid edən Bakının səsi kəsilən kimi aydın oldu ki, daha əvvəlki kimi olmayacaq. Azərbaycanla münasibətlərin yeni geosiyasi şərtlərlə qaydaya salınması isə Ukrayna üçün elə də təcili məsələ deyil. Ancaq Azərbaycanın enerji baxımından əhəmiyyətini nəzərə alanda, Ukrayna yeni onilliklə üçün yeni planlar qurmalı olacaq».

BİRLƏŞMİŞ ŞTATLAR UKRAYNANI SİLAHLANDIRSIN?

«Foreign Affairs» son vaxtlar Birləşmiş Ştatlar və Avropanın Ukraynada nə etməli olması barədə silsilə yazılar dərc edib. Bu məqalələr müzakirələr doğurduğundan dərgi bir sıra ekspertlər arasında sorğu keçirərək belə bir fikirlə razı olub- olmadıqlarını soruşub: «Birləşmiş Ştatlar Rusiyanın dəstəklədiyi yaraqlılardan qorunmaq üçün Ukraynaya gərəkən hər cür hərbi yardımı göstərməlidir?».

Rəyi soruşulanların çoxu – 10 faizi bu fikirlə qətiyyən razı olmadığını bildirib. 8 faizi, sadəcə, razı deyil, 5 faizi razıdır, 4 faiz isə bu fikri güclü dəstəkləyir.

Avrasiya Qrupunun prezidenti Ian Bremmer bu arqumentlə qətiyyən razı olmayanlardandır. Deyir ki, Ukraynaya silah göndərmək ideyasının tərəfdarlarından çoxuyla danışıb: «Sonra rusiyalılar hücumları artırarlarsa, Birləşmiş Ştatlar nə etməlidir? Bu barədə heç kəsin bir təklifi yoxdur... Almaniya və Fransa da bu siyasətə qarşıdır».​

Siqaret
Siqaret

RUSİYADA YAŞI 40-DAN AZ QADINLARIN SİQARET ÇƏKMƏSİ QADAĞAN EDİLƏ BİLƏR

Rusiya deputatlarının hazırladığı yeni qanun layihəsi yaşı 40-dan aşağı olan qadınların tütün məhsulları almasını qadağan edir. Layihəni Dumanın Kommunist Partiyasından olan 2 üzvü hazırlayıb. Layihədə deyilir ki, uşaq doğmaq yaşında olan qadınların siqaret çəkməsinə icazə vermək Rusiyada milli təhlükəsizliyə hədədir.

Məlumatı «Global Voices Online» portalı yayıb.

«Qadının siqaret çəkməsi bədənin reproduktiv sisteminə və millətin genetik ehtiyatına bərpası mümkün olmayan ziyan vurur», - layihədə bildirilir. Qanun yalnız hamilə deyil, bütün qadınlara aid ediləcək. Yetkinlik yaşına çatmayan övladının yanında qadına siqaret satılmayacaq.

Qadınlara qanunsuz siqaret satanlar üçünsə cərimə nəzərdə tutulub. Layihə ötən ilin iyunundan parlament komitəsində ilişib qalıb. Sosial şəbəkələrdə isə bu qanun layihəsi məsxərəyə qoyulub.

XS
SM
MD
LG