Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Avqust, çərşənbə, Bakı vaxtı 01:25

Dünyanın bir çox ölkələrində Xocalı faciəsinin ildünümü anılır


Foto arxiv

Dünyanın bir çox ölkələrində 1992-ci il fevralın 25-26-da Xocalı şəhərində törədilən kütləvi qırğının 23-cü ildönümü ilə əlaqədar matəm tədbirləri keçirilir.

Tədbirlər Azərbaycan səfirliyi, diaspora təşkilatları və xaricdə yaşayan və ya təhsil alan azərbaycanlılar tərəfindən təşkil edilib.

Aksiyalarda məqsəd, hələ də beynəlxalq hüquqi qiymət almamış dinc sakinlərin kütləvi qətlinə diqqət çəkməkdir.

Ənənəvi olaraq hər il fevralın 25-26-da Azərbaycanda matəm gün kimi qeyd edilir.

Fevralın 26-da ölkə rəhbərliyi, ictimai-siyasi xadimlər və adi vətəndaşlar Xocalı faciəsi qurbanlarının Bakıdakı abidəsini yad edir.

Erməni silahlı birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağdakı 366-cı Rusiya alayı ilə birlikdə azərbaycanlıların yaşadığı Xocalı şəhərinə hücum edərək 613 dinc sakin qətlə yetirilib.

XS
SM
MD
LG