Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:33

Azərbaycan rəsmisi hesab edir ki, AB-i ilə assosiasiya yox, strateji əməkdaşlıq sazişi imzalanmalıdır


“Bir neçə ildən sonra Azərbaycanla Avropa Birliyi arasında sərbəst viza rejimi tətbiq oluna bilər”.

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O bildirib ki, tərəflər viza rejimini bir qədər asanlaşdırıb, artıq diplomatik pasportlar üçün viza lazım deyil, xidməti və adi pasportlar üçün isə müddət, sənədlər və rüsum azaldılıb.

Nazir müavini hesab edir ki, gələcəkdə fəaliyyət planının hazırlanması istiqamətində iş aparıla və bir neçə ildən sonra tərəflər arasında sərbəst viza rejimi tətbiq oluna blər.

Avropa Birliyi ilə münasibətlərə gəldikdə isə nazir müavini bildirib ki, münasibətlər yaxşı səviyyədədir və bəzi sahələrdə strateji xarakter daşıyır.

AmmaAvropa Birliyi bəzi məsələlərdə bizi qane edən mövqe tutmalıdır və hesab edirik ki, tərəflər arasında assosiasiya sazişi yox, strateji əməkdaşlıq haqqında sənəd imzalanmalıdır”.

XS
SM
MD
LG