Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:17

Şahvələd Çobanoğlunun 7 illik fəaliyyəti yoxlanacaq


Jurnalist Şahvələd Çobanoğlu
Jurnalist Şahvələd Çobanoğlu

-

Fevralın 24-də jurnalist Şahvələd Çobanoğlu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsinə çağırılıb. Bu haqda Azadlıq radiosuna jurnalistin özü məlumat verib. Şahvələd Çobanoğlunun bildirdiyinə görə, burada ona vergi fəaliyyətinin yoxlanması ilə bağlı məhkəmə qərarı təqdim olunb:

“Nə üçün çağırdıqlarını deməmişdilər. Orada mənə məhkəmənin qərarı ilə tanış etdilər. Qərarda var ki, son 7 illik fəaliyyətimlə bağlı vergi yoxlamaları keçirilməlidir. Sonra vergi işçisini mənə təqdim etdilər. O da mənə vergi orqanlarının qərarını göstərdi. Bildirdilər ki, lazım olan sənədlər bəlli müddətdə onlara təqdim etməliyəm.

Bəri başdan bildirdim ki, bu siyasi məqsəd daşıyır. Yoxlama varsa, qoy vergi tərəfindən aparılsın. Niyə məhkəmə qərarı ilə, prokurorluğun iştirakı ilə olunur? Bu həm də AzadlıqRadiosu və mənim jurnalist fəaliyyətimlə, “Fərqli Düşüncə” qəzeti ilə bağlıdır. Məhkəmə qərarında da göstərilir ki, bu yoxlama AzadlıqRadiosunun fəaliyyəti ilə bağlı olan işin tərkib hissəsidir”.

Şahvələd Çobanoğlu bundan öncə də bir neçə dəfə QHT-lərə açılan cinayət işi ilə bağlı Baş Prokurorluqda dindirilib.

AzadlıqRadiosu bildirir ki, onun əməkdaşları yeni təzyiqlər dalğası ilə üz-üzə qalıb. Fevralın 23-də səhər saatlarında AzadlıqRadiosu Bakı bürosunun keçmiş rəhbəri Babək Bəkirovun Bakı aeroportunda təyyarəyə minməsinə icazə verilməyib. Ona bildirilib ki, prokurorluğun göstərişi ilə ölkədən çıxmasına qadağa qoyulub. Babək Bəkirə öncədən belə bir qadağanı əsaslandıracaq hər hansı ittiham barədə informasiya verilməyib.

Fevralın 23-də həmçinin Qapalı hazırda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayıl böhtanda ittiham olunaraq 2500 manat cərimələnib. Məhkəmə prosesinə nə jurnalistin ailə üzvləri, nə də jurnalistlər buraxılmayıb. Hazırda İsmayıl digər ittihamlarla həbsdədir.

Bundan başqa fevralın 23-də Azərbaycan xidmətinin keçmiş ştatdankənar əməkdaşlarından biri prokurorluqda dindirilməyə çağırılır. Həmin keçmiş əməkdaş təhlükəsizliyinə görə adının açıqlanmasını istəmir.

Ötən il dekabrın 26-da AzadlıqRadiosunun Bakı bürosu möhürlənəndən sonra Radionun 26 jurnalisti və ştatdankənar əməkdaşı dindirilib.

Həbsdə olan jurnalist Xədicə İsmayıl isə prezident İlham Əliyevin ailə üzvlərinin biznes fəaliyyəti barədə araşdırmaların müəllifidir. Fevralın 20-dəWashington Post onun həbsxanadan məktubunu dərc edib. Jurnalistin həbsi beynəlxalq ictimaiyyət tərəfindən pislənib, ölkədə müstəqil fəalların susdurulması kampaniyasının bir hissəsi adlandırıb.

XS
SM
MD
LG