Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:31

Xaricdə oxuyan tələbələrin təqaüdlərinin hesablanması qaydasına dəyişiklik edilməsi gözlənilir


2007-ci ildə xaricdə oxuyan tələbələrin təqaüdlərinin hesablanması qaydasına dəyişiklik edilməsi nəzərdə tutulub. Maliyyə Nazirliyinin Sosial Sahələrin Maliyyələşdirilməsi şöbəsinin müdiri Xagani Rzayev «Trend» Agentliyinə bildirib ki, əsasən Rusiya, Ukrayna və Türkiyədə təhsil alan tələbələrin təqaüdləri məsələsinə baxılacaq. Cənab Rzayevin sözlərinə görə, Rusiya və Ukraynada oxuyan tələbələr hazırda 100, Türkiyə və Misirdə oxuyanlar isə 50 dollar həcmində təqaüd alırlar ki, bu da dövlətlərarası sazişlərdən irəli gəlir və əslində reallıqları əks etdirmir. Təhsil Nazirliyinin verdiyi rəqəmlərə görə, bu gün Ukraynada 14, Rusiyada 14, Türkiyədə isə 750 Azərbaycanlı tələbə təhsil alır.


XS
SM
MD
LG