Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:57

Rəsul Cəfərovun məhkəməsində zərərçəkənlər zərər çəkmədiklərini bildiriblər


Rəsul Cəfərov
Rəsul Cəfərov

-

Fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə məhkəmə prosesi zərərçəkənlərin dindirilməsi ilə davam edib.

Zərərçəkənlərdən biri Cahangir Əhmədov çıxışı zamanı ona maddi zərər dəymədiyini, evini ofis kimi kirayələyən Rəsul Cəfərovun ona çatacaq məbləği vaxtlı-vaxtında ödədiyini bildirib. Cahangir Əhmədov mənəvi ziyan dəydiyini, onun adından bəzi mədaxil çeklərinə imza atıldığını söyləyib.

Nicat İmranlı da özünü zərərçəkən saymadığını bildirib. O, adının həmin siyahıdan çıxarılmasını istəyib. Nicat İmranlı layihə çərçivəsində gördüyü işə görə pulunu aldığını söyləyib.

Məhkəmə şahidlərin dindirilməsi ilə davam edib.

Rəsul Cəfərovun işi üzrə məhkəmə martın 5-də davam edəcək.

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.​

XS
SM
MD
LG