Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:57

Kerry və Zarif nüvə danışıqları aparıblar


Cenevrə görüşü
Cenevrə görüşü

-

ABŞ Dövlət katibi John Kerry və İranın xarici işlər naziri Mohammad Javad Zarif Tehranın mübahisəli nüvə proqramına dair iki saat danışıq aparıblar. Danışıqlar fevralın 22-də Cenevrədə keçirilib. ABŞ-ın Enerji məsələləri üzrə katibi Ernest Moniz və İranın nüvə rəsmisi Ali Akbar Salehi də görüşdə iştirak edib.

Kerry və Zarif daha çox ikilikdə danışıb, İranın nüvə proqramını məhdudlaşdırmağın texniki detallarını müzakirə ediblər. Zarif İranın dövlət mediasına deyib ki, ikitərəfli danışıqlar "yaxşı müzakirələr yaratsa da, razılaşma əldə olunmayıb", bəzi fikir ayrılıqları qalıb.

Tərəflər martadək çərçivə razılaşması əldə etməlidirlər.

XS
SM
MD
LG