Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:33

Lənkəranda bahalaşma əleyhinə etiraz…


Liman qəsəbəsi - 22 fevral 2015. Foto: Elxan Səfəvi
Liman qəsəbəsi - 22 fevral 2015. Foto: Elxan Səfəvi

-

Lənkəranın Liman qəsəbəsində bir qrup sakin ölkədə bahalaşmaya etiraz olaraq Bakı-Astara yolunu bağlayıb.

Liman qəsəbə sakini İman Əliyevin dediyinə görə, ərzaq mağazaların çoxu bağlıdır. Mağazalar əhaliyə nisyə mal vermir. Manatın məzənnəsinin aşağı düşməsi əhalini qəzəbləndirib. İşıqların tez-tez söndürülməsi insanları bezikdirib.

Liman qəsəbə bələdiyyəsindən bildirdilər ki, yol bağlı olmayıb. 5-10 nəfər sakin yolların bərbad olmasına, işıq və qazın fasilə ilə verilməsinə etiraz ediblər. Rayon rəhbərliyi hadisə yerindədir və bu barədə tədbirlər görülür.

Fevralın 21-dən etibarən Azərbaycan manatı təqribən 30 faiz dəyərdən düşüb. Bu bütün ölkədə qiymət artımı ilə müşahidə edilir.

XS
SM
MD
LG