Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 01:23

Ukraynada əsirlər dəyişdirilib


Ukrayna hərbçiləri əsirlikdə - 2014

-

Fevralın 21-i axşam saatlarında Luqanskdan 20 kilometr qərbdə Ukrayna hökuməti ilə Rusiyameylli separatçılar hərbi əsirləri dəyişdiriblər.

Ukrayna hərbçilərindən 139, separatçılardan isə 52 döyüşçü təhvil verilib.

Hərbi əsirlərin mübadiləsi Fransa, Almaniya, Ukrayna və Rusiya liderlərinin fevralın 12-də əldə etdikləri atəşkəs razılaşmasının əsas müddəalarından biri idi.

ABŞ-ın Dövlət katibi John Kerry deyib ki, Birləşmiş Ştatlar və onun Avropadakı müttəfiqləri Moskvaya qarşı daha sərt sanksiyaları nəzərdən keçirirlər.

Kerry separatçıların Debaltsevoya hücumunu, Rusiyanın separatçıları silah-sursat və hərbi texnika ilə təchiz etməsini atəşkəs rejimin ciddi pozuntusu kimi qiymətləndirib.

XS
SM
MD
LG