Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:06

Çovğundur, yollar buz bağlayıb


Foto: Arxiv
Foto: Arxiv

-

Bu gün Bakıda qar yağır. Güclü külək əsir, yollar buz bağlayıb.

Bakıda və ətraf qəsəbələrdə elektrik enerjisində fasilələr yaranıb. Sakinlərin AzadlıqRadiosuna verdiyi məlumata görə, Əhmədli, Yeni Günəşli qəsəbələrində, Yeni Yasamalın bir hissəsində, bəzi ətraf kəndlərdə bütün axşam işıq olmayıb, elektrik enerjisi səhərə yaxın bərpa olunub.

«Azərişıq» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, çovğunla bağlı işığı kəsilmiş Bilgəh, Maştağa, Zabrat, Nardaran, Sulutəpə, Xocasən, Binəqədi, Hovsan kəndlərində elektrik enerjisi bərpa olunub.

Enişli-yoxuşlu yollarda nəqliyyat hərəkət etmir. Yollar buz bağlayıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qarlı, çovğunlu hava ilə bağlı sürücülərə xəbərdarlıq edib. Mərkəzin məlumatında deyilir ki, Badamdar şosesi, Zərdabi prospekti, Avtovağzalın qarşısından Biləcəri istiqamətində yollar sürüşkən və təhlükəlidir.

Azərbaycanın rayonlarında da güclü qar yağır. Rayonlarda qar örtüyü 20-40 sm-ə çatır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, axşama doğru qar kəsiləcək. Şimal-qərb küləyinin gecə və səhər arabir 28-33 m/s-dək güclənəcəyi, axşam 10-15 m/s-dək mülayimləşəcəyi gözlənilir. Gecə 0-2° şaxta, gündüz 1-4° isti, Bakıda gecə və gündüz 0-2° şaxta, gündüz 1-3° isti proqnozlaşdırılır.

XS
SM
MD
LG