Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 04:31

Manat

Mərkəzi Bank manatın kursunu dollar və avroya nisbətən aşağı salandan sonra Azərbaycan valyuta bazarında hadisələrin gedişini daim yenilənən bu bloqda izlə

Mərkəzi Bank manatın kursunu dollar və avroya nisbətən aşağı salandan sonra Azərbaycan valyuta bazarında hadisələrin gedişini daim yenilənən bu bloqda izlə.

Facebookda manat müzakirəsinə qoşul

15:03 21.2.2015

Mərkəzi Bankın saytında kurs hələ köhnədir

Mərkəzi Bankın saytında valyuta məzənnələri hələ yenilənməyib
Mərkəzi Bankın saytında valyuta məzənnələri hələ yenilənməyib

Mövzu ilə bağlı foto, video və ya xəbərin varsa, bizim SimsizTeleqraf saytına, və ya AzadAvropa.AzadliqRadiosu@gmail ünvanına göndər

15:58 21.2.2015

"MANATA GÖRƏ" CİNAYƏT MƏSULİYYƏTİ

Müsavat partiyası bəyanat yayaraq səriştəsiz maliyyə siyasəti yürüdən və iqtisadiyyatı böhran həddinə çatdıran səlahiyyətli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

16:06 21.2.2015

Ş.Novruzov: "Sadə xalq dolların qalxmasından heç nə itirməyəcək"

YAP liderlərindən biri, millət vəkili S.Novruzov deyir ki, bir neçə gündür ki, manatın dəyərinin aşağı düşməsindən və dolların qiymətinin qalxmasından yalnız dəllallar istifadə edib: “Bir sıra dəllallar bu prosesdən pul qazanmaq istədilər. Bəzi kəndlərdə insanlar dollarla manatı başabaş dəyişirdilər. Sadə xalq prosesdən xəbərsiz olduğu üçün onlardan sui-istifadə ediblər. Bunların heç biri dövlətin siyasətinin nəticəsi deyil. Bu, bəzi dəllalların fəaliyyətinin nəticəsidir”.

YAP-çı deputat qeyd etdi ki, sadə xalq dolların qalxmasından heç nə itirməyəcək:

12

Davamı

XS
SM
MD
LG