Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:28

Manat

Mərkəzi Bank manatın kursunu dollar və avroya nisbətən aşağı salandan sonra Azərbaycan valyuta bazarında hadisələrin gedişini daim yenilənən bu bloqda izlə

Mərkəzi Bank manatın kursunu dollar və avroya nisbətən aşağı salandan sonra Azərbaycan valyuta bazarında hadisələrin gedişini daim yenilənən bu bloqda izlə.

Facebookda manat müzakirəsinə qoşul

20:05 24.2.2015

PARLAMENTDƏ MANAT MÜZAKİRƏSİ...

Milli Məclisin fevralın 24-də keçirilən toplantısında Mərkəzi Bankın manatla bağlı verdiyi son qərarı müzakirə mövzusu olub.

- Deputat Fərəc Quliyev Mərkəzi Bankın manatla bağlı atdığı addımın narazılığa səbəb olduğunu bildirib.

- İqbal Ağazadə Mərkəzi Bankın qərarının bahalaşmaya səbəb olduğunu, əhalinin bundan narahatlıq keçirdiyini deyib

- Zahid Oruc isə bu qərarın millətin mənafeyinə uyğun olduğunu bəyan edib

- Deputat Siyavuş Novruzov həmkarlarını populizmdə qınayıb: «Bu məsələdə populizmə ehtiyac yoxdur. Hökumət özü martdakı hesabatında bu məsələyə bir daha aydınlıq gətirəcək».

MİLLİ MƏCLİSDƏKİ MÜZAKİRƏLƏRİ TAM OXUMAQ ÜÇÜN

17:24 24.2.2015

Elmanat karikaturası

20:19 23.2.2015

Zahid Oruc: «Mərkəzi Bank düzgün qərar qəbul edib»

«Son üç gündə tədqiq etdiyim ən azı 5 ölkənin həyatı, ötən əsrin 90-cı illərindən bu yana yaşadıqları müxtəlif valyuta böhranlarının səbəbləri və ondan çıxış yollarının dərindən təhlili Azərbaycan Mərkəzi Bankının düzgün qərar qəbul etdiyini təsdiqləyir».

ANS-in məlumatına görə, bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib. Deputat Mərkəzi Bankın 21 fevral qərarını dəstəklədiyini bildirib.

Zahid Orucun müsahibəsini tam olaraq burdan oxuya bilərsiz

17:07 23.2.2015
Manatın ucuzlaşmasının nə kimi fəsadları olacaq?
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Davamı

XS
SM
MD
LG