Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:21

Yunanıstana yardım proqramının müddəti 4 aylığına uzadıldı


Avropa Qrupu - avrozonanın maliyyə nazirləri şurası Yunanıstana yardım proqramının müddətini 4 aylığına uzatmağa razı olub.

Yunanıstan 6 ay istəyirdi.

Bu, Avropa Qrupu ilə Yunanıstan arasında danışıqların davamı və kompromisin əldə edilməsi üçün vaxtın azlığına görə edilib.

Yunanıstan əvvəlki hökumətlərin yardım proqramı müqabilində aparmağı söz verdikləri islahatlara davam edəcəyini söz verib.

Yunanıstanın yeni hökuməti onlara verilmiş borcun bir hissəsinin silinməsini istəyir. Eləcə də yardım proqramının müqabilində tələb edilən kütləvi ixtisar və büdcə xərclərinin azaldılması siyasətinə son qoyulmasını.

Əgər danışıqlar nəticə verərsə, 4 aydan sonra Yunanıstana yardım proqramının vaxtı uzadılacaq.

XS
SM
MD
LG