Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:12

Razi Nurullayev artıq AXCP sədrinin müavini deyil


Razi Nurullayev

-

Fevralın 20-də Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Razi Nurullayevi müavini vəzifəsindən uzaqlaşdırıb. Mətbuata verilən açıqlamada bunun səbəbi açıqlanmır.

"Region" Beynəlxalq Analitik Mərkəzinin rəhbəri olan Razi Nurullayev həm də müxalifətdə olan AXCP-nin beynəlxalq məsələlər üzrə sədr müavini idi.

Bu qərardan az sonra Razi Nurullayev partiyadan istefa verdiyini bəyan edib. O Əli Kərimlini də sədrlikdən istefaya çağırıb.

Keçmiş sədr müavini “facebook”dakı səhifəsində yollarının ayrılmasına təəssüfləndiyini yazıb. İstefasına səbəb kimisə sədrlə aralarındakı fikir ayrılığını göstərib:

“Sədrlə aramızda Himalay dağı boyda uçurum var. Bu uçurumu doldurmaq üçün partiyaya qoşulduğum zamandan çalışdım ”.

Razi Nurullayev partiyada diktaturanın hökm sürdüyünü, Əli Kərimlininsə avtoritar düşüncə sahibi olduğunu yazıb.

Hələlik AXCP bu tənqidlərə reaksiya verilməyib.

XS
SM
MD
LG