Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 11:10

Mahmudəli Çöhrəqanlı istefasını geri götürüb


Mahmudəli Çöhrəqanlı istefasını geri götürmək məcburiyyətində qalıb

Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi tanınan təşkilatın (GAMOH) Mərkəzi Komitəsinin oktyabrın 24-də yaydığı məlumata əsasən bu tarixdən bir həftə əvvəl təşkilatın rəhbərliyindən istefa verən Mahmudəli Çöhrəqanlı istefasını geri götürüb


Həmin məlumata əsasən cənab Çöhrəqanlı GAMOH-un Mərkəzi Komitəsinin üzvləri və xarici ölkələrdəki təmsilçiləri, habelə Azərbaycan Respublikasında fəaliyyət göstərən ictimai, siyasi təşkilatların müraciətlərini nəzərə alaraq, səhhətinin pisliyinə baxmayaraq, istefasını geri götürmək məcburiyyətində qalıb.


Bundan əvvəl GAMOH-un Mərkəzi Komitəsinin oktyabrın 18-də yaydığı bəyanatda da bildirilmişdi ki, Çöhrəqanlı vəzifəsindən istefa versə də, təşkilat fəalları və tərəfdarları onu həmişə öz rəhbəri sayacaq. Həmin məlumata əsasən GAMOH-un Mərkəzi Komitəsi Mahmudəli Çöhrəqanlının istefasını müzakirə etmək üçün fövqəladə toplantı keçirməyə hazırlaşırdı. Toplantıda Çöhrəqanlının istefasının qəbul edilib-edilməməsinə baxılacaqdı. Lakin oktyabrın 24-də yayılan bu son bəyanata əsasən artıq fövqəladə toplantıya ehtiyac qalmayıb.


Təşkilat son vaxtlar bəzi şəxslərin ABŞ-dan yayılan «GünAz.TV»dən su-istifadə edərək təşkilat və onun rəhbəri Çöhrəqanlıya qarşı mənfi təbliğat apardıqlarını iddia edir.


Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi tanınan təşkilata 11 il rəhbərlik etmiş Mahmudəli Çöhrəqanlı 2003-cü ildə üç ay müddətində Azərbaycan Respublikasında yaşayıb. O, sonuncu 2006-cı ilin iyununda qısa vaxtda Bakıya gəlmişdi. Özü deportasiya olunduğunu söyləsə də, Bakıda rəsmilər cənab Çöhrəqanlının öz istəyi ilə Azərbaycanı tərk etdiyini bildirmişdilər.


Mahmudəli Çöhrəqanlı 1996-cı ildə İranda deputatlığa namizədliyini verib. Bundan sonra həbs olunub. Üç il sonra yenidən həbs olunan Çöhrəqanlı 2001-ci ildə İranı tərk edib. Hazırda ABŞ-da yaşayır. Məlumatlara görə, İran zindanlarındakı işgəncələr nəticəsində onun beyninə iki dəfə qan sızıb, 2006-cı ilin iyununda İstanbuldan, daha sonra Bakıdan çıxarıldıqdan sonra isə infarkt keçirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG