Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:43

Ukraynanın şərqində atəşkəs rejimi pozulmaqda davm edir


Foto arxiv
Foto arxiv

Ukrayna hərbçiləri ötən gecə Kraxova kəndi və Mariupol ətrafındakı Berdyansk qəsəbəsi də daxil olmaqla Donetsk vilayətindəki mövqelərinin separatçılar tərəfindən atəşə tutulduğunu xəbər verir.

Həmçinin separatçılar Donetsk hava limanındakı mövqelərinin Ukrayna ordusu tərəfindən artileriya atəşinə tutulduğunu deyirlər.

Ukrayna ordusu fevralın 18-də xeyli vaxt idi ki, ağır döyüşlər gedən Debaltseve şəhərini tərk ediblər.

Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya əsasən tərəflər fevralın 15-də atəşkəs elan etməli, 2 gündən sonra isə ağır silahları cəbhə xəttindən çıxarmalı idi.

Almaniyanın kansleri Angela Merkellə Fransa prezidenti Francois Hollande fevralın 20-də Parisdə Ukraynanın şərqindəki vəziyyəti müzakirə edəcəklər.

XS
SM
MD
LG