Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:41

Dağlıq Qarabağ rejimi azərbaycanlıları buraxmayacağını bildirilir


Dilqəm Əsgərov
Dilqəm Əsgərov

-

Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki separatçı rejim iki azərbaycanlının buraxılacağını istisna edir. Dilqəm Əsgərov və Şahbaz Quliyev ötən il saxlanıb, qətl də daxil olmaqla bir sıra cinayətlərdə təqsirli bilinərək ömürlük və 22 illik həbs cəzası alıblar.

Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov bu ilin iyulunda Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna səfər ediblər. Onlar rayonda olan ata-babalarının məzarını ziyarət etmək istədiklərini bildirirlər.

Ermənistan tərəfi 54 yaşlı Əsgərov və 46 yaşlı Quliyevə qətl, casusluq, sərhədi qanunsuz keçmək və qanunsuz silah saxlamaq ittihamları irəli sürüb. Özünü "Dağlıq Qarabağ respublikası" adlandıran qurumun rəsmiləri deyirlər ki, onlar iyulun 12-də sərhədi keçib, bir hərbçini də öldürüblər. Həsən Həsənov isə öldürülüb və meyiti Azərbaycana verilib. Azərbaycan tanınmayan bir qurumun bu şəxsləri mühakimə etmək hüququ olmadığını bildirir.

1990-cı illərin əvvəllərində Ermənistanın dəstəklədiyi separatçılar Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarını zəbt edib. Münaqişədə 30 min nəfər həlak olub, yüz minlərlə didərgin düşən var. Münaqişənin həlli üçün diplomatik cəhdlər nəticə verməyib.

XS
SM
MD
LG