Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:15

Növbəti Rusiya-Gürcüstan görüşü Praqada keçiriləcək


Zurab Abashidze və Grigori Karasin
Zurab Abashidze və Grigori Karasin

Rusiya-Gürcüstan danışıqlarının növbəti mərhələsi fevralın 26-da Praqada keçiriləcək.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Aleksandr Lukashevich fevralın 19-da bildirib ki, danışıqlarda Rusiya xarici işlər nazirinin müavini Grigory Karasin və Gürcüstan hökumətinin Rusiya ilə əlaqələr üzrə xüsusi elçisiZurab Abashidze iştirak edəcəklər.

Rusiya-Gürcüstan danışıqları 2012-ci ilin dekabrında Cenevrədə başlayıb.

Bu günədək Praqada 7 belə görüş keçirilib.

Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra onun separatçı bölgələri Abxaziya ilə Gürcüstanı müstəqil dövlətlər kimi tanıyıb.

Bundan sonra iki ölkə arasında diplomatik münasibətlər dayandırılıb.

XS
SM
MD
LG