Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:55

İlham Əliyev ABŞ-ın yeni səfiri Robert Sekutanı qəbul edib


İLham Əliyev
İLham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev fevralın 19-da ABŞ-ın yeni səfiri Robert Sekutanı qəbul edib.

Səfir görüşdə prezidentə etimadnaməsini təqdim edib.

Görüşdə ikitərəfli əlaqələrdən məmnunluq bildirilib və bu əlaqələrin regional əməkdaşlıq, təhlükəsizlik, terrorçuluqla mübarizə, enerji, nəqliyyat və digər sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanlar olduğu bildirilib.

Robert Sekuta diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin uğurlu inkişafına əminlik bildirib.

Söhbət zamanı Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG