Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 06:16

Liviya silah embarqosunun qaldırılmasını istəyir


Benqazi aeroportundan görüntü

-

Liviyanın xarici işlər naziri BMT-nin Təhlükəsizlik Şurasını çağırıb ki, ölkənin İslam Dövləti qruplaşması ilə mübarizə apara bilməsi üçün silah embarqosunu qaldırsın.

Muhammad al Dairi şuranın fövqəladə sessiyasında çıxış edib. Al Dairi deyib ki, beynəlxalq ictimaiyətin "fövqəladə dəstək göstərməyə hüquqi və mənəvi məsuliyyət daşıyır" və region təhlükədədir.

Liviyada 2011-ci il qiyamından sonra xaos yaranıb. Hökumət ölkənin şərqinə sığınıb, yaraqlıları Tripoli və digər şəhərləri nəzarətə götürüb.

Yaraqlılardan bəzilərinin İD-ə bağlı olduğu söylənir.

Ötən həftəsonu İD 21 misirli xristianın başının kəsilməsini göstərən video yayıb.

XS
SM
MD
LG