Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:19

Avropa Məhkəməsi daha bir müxalifətçinin xeyrinə qərar çıxarıb


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi KXCP sədrinin müavini Yaqub Babalının xeyrinə qərar çıxarıb.

Bu barədə Azadlıq Radiosuna onun özü məlumat verib.

Yaqub Babalının sözlərinə görə, qərarın surətini fevralın 17-də alıb.

Şikayət 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olarkən onun hüquqlarının pozulması ilə bağlı olub.

Yaqub Babalı 87 saylı Ağsu-İsmayıllı DSK-dan namizəd olub. O deyir ki, Avropa Məhkəməsi həmin dairədə keçirilən seçkilərin saxtalaşdırılması barədə qərar çıxarıb. Yaqub Babalı deyir ki, bundan əlavə məhkəmənin qərarı ilə Azərbaycan Hakimiyyəti dəymiş ziyana görə, ona 7500 avro ödəməlidir:

“ Azərbaycan hakimiyyəti seçkini saxtalaşdıraraq mənim hüququmu pozmuşdu. Bununla bağlı yerli məhkəmələrə müraciət etdim lakin, şikayətimə ədalətli baxılmadı. Bundan sonar Avropa Məhkəməsinə müraciət etməyə məcbur oldum. Ötən ilin axırlarında Azərbaycan hakimiyyəti ilə barışmaqla bağlı məhkəmədən təklif göndərmişdilər. Bu təklifi qəbul etmədim. Bundan bir müddət sonar mənim xeyrimə qərar çıxarılıb. Mənim qələbəmdə hüquqşünas İntiqam Əliyevin böyük xidməti olub. Ona təşəkkürlərimi çatdırıram”.

Bu, 2015-ci ildə AİHM-nin Azərbaycanla bağlı ikinci belə qərarıdır. İlin əvvəlində bu məhkəmə jurnalist Üzeyir Cəfərlinin xeyirinə qərar çıxarmışdı. AİHM “Cəfərov Azərbaycana qarşı” işində Konvensiyanın 3-cü (işgəncələrin qadağan olunması) maddəsinin pozulduğu qənaətinə gəlib. Qərar görə, Azərbayan hakimiyyəti onu hüquqlarını bərpa etməklə yanaşı 14 min avro cərimə də ödəməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG