Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:29

Avropa ölkəlri Rusiyaya görə hərbi doktrinalarını dəyişir


Foto arxiv
Foto arxiv

İsveçlə Finlandiya Baltik dənizi regionunda Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və birgə hərbi-dəniz qrupları yaradılmasını planlaşdırırlar.

İsveçin xarici işlər nazirliyi bəyan edib ki, daha yaxın hərbi əməkdaşlıq potensial təcavüzkarı ehtiyatlı olmağa məcbur edəcək.

Planda həmçinin hərbi-dəniz bazalarına qarşılıqlı çıxışın daha açıq olması və sualtı qayıqların izəlməsi ilə bağlı birgə hərbi təlimlər keçirilməsi nəzərdə tutulur.

İsveçrə ilə Finlandiya son zamanlar Rusiyanın Baltik dənizində hərbi iştirakının artmasıvə Moskvanın Ukraynadakı hərəkətlərindən narahatdırlar.

Bu ölkələr NATO-nun üzvü deyillər.

Almaniyanın müdafiə naziri Ursula von der Leyen bundan əvvəl bəyan edib ki, Rusiyanın öz maraqları naminə hərbi güc işlətmək cəhdlərinə cavab olaraq ölkənin təhlükəsialik strategiyasına yenidən baxmaq fikrindədirlər.

Nazir qeyd edib ki, yeni strategiyada Almaniya ordusunun təkcə Əfqanıstanda olduğu kimi ayrı-ayrı missiyalarda iştirak etməsi yox, eyni zamanda NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsində daha aktiv iştirakı nəzərdə tutulur.

XS
SM
MD
LG