Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:03

Leyla Yunusun həbs müddəti 5 ay artırıldı


Arxiv fotosu
Arxiv fotosu

-

Fevralın 18-də Nəsimi Rayon Məhkəməsin həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun həbs müddətinin 5 aya daha uzadılması ilə bağlı qərar çıxarıb. Bu haqda AzadlıqRadiosuna vəkil Elçin Qəmbərov məlumat verib.

Məhkəmə bu qərarı Leyla Yusus haqda seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi təqdimata əsasən çıxarıb.

Sülh vı Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus ötən il iyulun 30-da 3 aylıq həbs olunub. Oktyabrın 24-də həbs müddəti daha 4 ay uzadılmışdı. Bu il fevralın 28-də həmin müddət başa çatacaqdı.

Leyla Yunus dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunur.

Hüquq müdafiəçisi həbsini siyasi sifariş hesab edir.

Prezident İlham Əliyev isə çıxışlarında dəfələrlə deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur və heç kim siyasi fəaliyyətinə görə həbs olunmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG