Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyun, Cümə, Bakı vaxtı 13:19

Debaltsevedə küçə döyüşləri gedir


Foto arxiv

Atəşkəsə baxmayaraq Ukraynanın şərqindəki Debaltseve şəhərində ağır döyüşlər getdiyi xəbər verilir.

Ukrayna ordusunun məlumatına görə şəhərdəki polis şöbəsi dağılıb, küçələr və dəmiryol vağzalı ətrafında döyüşlər gedir.

Rusiyapərəst separatçılar şəhərin əksər hissəsinin onların nəzarətində olduğunu deyirlər.

Rəsmi Kiyev isə bu məlumatı qismın təsdiqləyir.

Separatçılar bəyan edib ki, bu şəhər onların ərazisi olduğundan atəşi dayandırmayacaqlar.

Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya əsasən tərəflər fevralın 15-də atəşkəs elan etməli və ayın 17-dən ağır silahları cəbhə xəttindən geri çəkməli idilər.

XS
SM
MD
LG