Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 00:55

Ukraynanın şərqində ağır silahların cəbhə xəttindən geri çəkilməsi müşahidə olunmur.

Ötən həftə Minskdə əldə edilmiş razılaşmaya əsasən hökumət qoşunları ilə rusiyapərəst separatçılar fevralın 17-dən ağır silahların geri çəkilməsinə başlamalı idi.

Ukrayna ordusunun məlumatına görə, separatçılar ötən gecə Debaltseve şəhəri ətrafında onların mövqelərinə 15 dəfə hücum ediblər.

Kiyev son 24 saat əezində 5 Ukrayna əsgərinin həlak olduğunu xəbər verir.

Öz növbəsində separatçılar Ukrayna ordusunun son 24 saat ərzində Donetsk vilayətində atəşkəs rejimini 17 dəfə pozduğunu deyirlər.

Rusiya, Ukrayna və Almaniya liderləri fevralın 16-da telefon söhbəti zamanı ATƏT müşahidəçilərinin atəşkəs rejiminə nəzarət etməsinə icazə verilməsi ilə bağlı konkret tədbirlər görmək razılığına gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG