Keçid linkləri

2025, 06 İyul, bazar, Bakı vaxtı 08:09

ABŞ dövlət katibinin müavini Bakıya gəlir


Victoria Nuland
Victoria Nuland

ABŞ dövlət katibinin müavini Victoria Nuland fevralın 16-da Bakıya gəlir.

O səfər zamanı ölkə rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

Danışıqlar zamanı ticarət, investisiya, enerji, təhlükəsialik və terrorçuluqla mübarizə, demokratiya və vətəndaş cəmiyyəti sahələri də daxil olmaqla iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.

Victoria Nuland səfər zamanı vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.

Dövlət katibinin köməkçisi fevralın 17-də Gürcüstana, 18-də isə Ermənistana yollanacaq.

XS
SM
MD
LG