Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:46

İran XİN rəhbəri Bakıda Qarabağdan danışdı: «Biz həmişə…»


Mohammad Javad Zarif
Mohammad Javad Zarif

-

«İran bir qonşu dövlət olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman rol oynamağa hazırdır».

Bunu İranın xarici işlər naziri Mohammad Javad Zarif deyib. Bakıda səfərdə olan nazir azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra keçirilən mətbuat konfransında çıxış edib.

Məlumatı apa yayıb.

Nazir bildirib ki, İran bu münaqişənin sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həllini istəyir:

«İstəyirik ki, qonşuluqda təhlükəsizlik və sabitlik olsun. Qonşularımızın hamısı bizim üçün əhəmiyyətlidir. Azərbaycan ən əhəmiyyətli qonşumuzdur. Bu ölkə ilə yaxın bağlılığımız var və burada münaqişənin olması bizi incidir. İran bu münaqişədə Azərbaycana ciddi şəkildə yardım edib. Biz daim ATƏT-in Minsk Qrupunun fəaliyyətinin müvəffəqiyyətlə başa çatmasını, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəmişik».

XS
SM
MD
LG