Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:50

Ekspert Suriyaya döyüşməyə gedən azərbaycanlıların azaldığını deyir


Arxiv fotosu
Arxiv fotosu

-
Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov "Financial Times" qəzetinin 11 fevra tarixli sayına bildirib ki, Suriyada 300 azərbaycanlı döyüşür və onlar ölkəyə qayıdanda potensial təhlükə olacaqlar.

Əli Həsənov
Əli Həsənov

Azərbaycan bu təhlükəni necə önləyə biləcək? Ölkə vətəndaşlarının xarici ölkələrdəki qeyri-qanuni silahlı dəstələrə qoşulmasının qarşısını ala bilirmi?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AzadlıqRadiosuna deyir ki, bir ildən çoxdur ki, bəzi azərbaycanlılar Suriyaya gedib "İslam Dövləti" silahlı qruplaşmasına qoşulurdular:

“Yol bəlli idi, Türkiyədən Suriyaya keçirdilər. Azərbaycanın təhlükəsizlik orqanları bunun qarşısını almaq üçün Türkiyə xüsusi xidmət orqanları vasitəsilə Suriyaya gedib-gələnləri müəyyənləşdirdilər. Xatırlayırsızsa, qanunsuz silahlı dəstələrə qoşulması ittihamı ilə 30-dan çox adam həbs olundu.

Həm də Azərbaycanın özündə o adamları döyüşməyə göndərən şəbəkəni aşkara çıxarılmalı idi, hiss edilir ki, çıxardılar da. Eyni zamanda geri qayıtmış adamları həbs elədilər”.

İlham İsmayıl
İlham İsmayıl

İlham İsmayıl deyir ki, Azərbaycan qanunvericiliyi "İslam Dövləti" kimi təşkilatların tərkibində döyüşənlərin geri qayıtdığı təqdirdə həbsinə imkan verir:

“Deyirlər, 300 adam döyüşür, güman etmirəm ki, onların hamısı geri qayıdacaq. Çünki bir neçəsinin ölüm xəbəri gəlib, hər gün də belə xəbərlər artır. Dövlətin xüsusi xidmət orqanının bu istiqamətdə nəzarəti var.

Demirəm ki, qayıdanların hamısı həbs olunacaq, yayınmalar da mümkündür. Bu təhlükə var: orda xidmət edənlər Azərbaycanda da öz sahiblərinin hansısa tapşırığını həyata keçirə bilərlər. Elə Fransada redaksiya hücum edən iki qardaş da vaxtilə Suriyada döyüşmüşdü. Ona görə də geri qayıdanların həbsi labüddür.

İdeoloji fanatlara qarşı profilaktik tədbirlər görülməsinin effektinə inanmıram. Ancaq o da mümkündür ki, qanunsuz silahlı dəstələrin tərkibində döyüşmüş azərbaycanlılar arasında peşman olanlara da rast gəlinsin. Bunu isə ancaq istintaq üzə çıxara bilər”.

Müsahibimiz əlavə edir ki, Azərbaycan beynəlxalq terrorizmlə mübarizə qurumunun üzvüdür və əgər başqa dövlətlərdən yardım istəsə, heç biri bunu əsirgəməyəcək:

“İnsan hüquqları ilə bağlı fikir ayrılığı ola bilər, amma terrorizmlə mübarizədə fikir ayrılığı yoxdur. Beynəlxalq terrorizm ümumi bəladır, bundan zərər görüldüyü üçün digər nüanslar nəzərə alınmaya da bilər".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG