Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 16:31

“Civil Rights Defenders” Emin Hüseynova qarşı ittihamları götürməyə çağırıb

Russia -- Human rights defender from Civil Rights Defenders
Russia -- Human rights defender from Civil Rights Defenders

“Civil Rights Defenders” beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycan hakimiyyətini tanınmış fəal Emin Hüseynova qarşı ittihamları götürməyə çağırıb.

Təşkilatın bəyanatında deyilir ki, E.Hüseynov hakimiyyətin repressiyalarından xilas olmaq üçün İsveçrə səfirliyində sığınmağa məcbur olub.

“Civil Rights Defenders” və digər beynəlxalq hüquq-müdafiə təşkilatları hesab edirlər ki, E.Hüseynova qarşı irəli sürülən vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlar siyasi motivlidir.

“Civil Rights Defenders” təşkilatı Azərbaycan hakimiyyətini Emin Hüseynova və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna qarşı ittihamları geri götürməyə çağırır.

This item is part of
XS
SM
MD
LG