Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:57

Luhanskda öldürülən azərbaycanlının meyiti Bakıya gətirilib


Ukraynanın Luhansk şəhərində öldürülən Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin keçmiş sədr müavini Yasinəli Nəsibovun meyiti Azərbaycana gətirilib.

Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyevin APA-ya verdiyi məlumata görə, mərhum fevralın 11-də doğulduğu Qazax rayonunda dəfn olunub.

Yasinəli Nəsibovun meyiti separatçıların nəzarətində olan Luhansk şəhərindən diaspor fəallarının dəstəyi ilə çıxarılıb.

Qazax rayonundan olan, Ukrayna vətəndaşı, 1957-ci il təvəllüdlü Yasinəli Nəsibovun meyiti fevralın 3-ü səhər saatlarında şəhərin Şevçenko məhəlləsindəki marketlərdən birinin qarşısında, öz maşınında tapılıb. Meyitin üzərində çoxsaylı güllə yarası olub.

XS
SM
MD
LG