Terrorçu Anders Breivik Norveç dövlətini məhkəməyə verir. Bu haqda Norveç mətbuatına məlumat verən vəkil Geir Lippestad deyir ki, insan haqlarını pozulması ilə bağlı məhkəməyə şikayət ərizəsi hazırlayır.
Vəkilin sözlərinə görə, şikayət əsasında duran arqument odur ki, o (Breivik) artıq uzun müddətdir tam təcrid olunmuş şəraitdə saxlanılır və artıq saxlanma rejiminin dəyişdirilməsinin vaxtı çatıb. Biz istəyirik ki, onun təcrid şəraitinin qaydalara uyğun olub-olmamasını məhkəmə müəyyən eləsin. – deyə Lippestad bildirib və əlavə edir ki, Breivikin hazırki vəziyyəti Avropa İnsan haqları konvensiyasının 3 maddəsinə ziddir. Həmin maddədə bildirlir ki, heç kəs insan ləyaqtəinin alçaldılması ilə cəzalandırılmağa və qeyri-insani münsaibətə məruz qala bilməz.
Breivikin vəkili hesab edir ki, müştərisinin yazışma hüququ olmadan aylardı tam təcrid olunması işgəncənin bir formasıdır.
BREİVİKİN ƏTRAF-ALƏMLƏ ƏLAQƏSİ NİYƏ KƏSİLİB?
Andres Breivik 2012-ci ildə 21 illik həbsə məhkum ediləndən sonra mətbuata və pərəstişkarlarına çoxlu məktublar göndərirdi. Norveç ədliyyə nazirliyi onun bu yolla terror hərəkatı yaratmağa cəhd etdiyini əsas gətirərək məhkəməyə müraciət etmiş, ötən ilin dekabrında məhkəmə Breivikin yazışma hüququnu alindən almışdı.
Avropanın islamlaşmasına qarşı etiraz etdiyini bildirən Breivik 2011-ci ilin iyul ayında öncə Osloda bomba partlatmış, sonra isə yeniyetmələrin düşərgəsinə hücum edib ümumilikdə 79 nəfəri öldürmüşdü.