Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:59

Müsavat Əli Həsənovla görüşə getməyəcək


Müsavat
Müsavat

-

Müsavat Partiyası iqtidar-müxalifət görüşündə iştirak etməyəcək.

Partiyadan AzadlıqRadiosuna verilən məlumata görə, onlar hakimiyyətin «siyasi partiyalarla, o cümlədən müxalifət partiyaları ilə təmas qurmaq, cəmiyyətdə mövcud olan problemləri müzakirə etmək təşəbbüslərini müsbət dəyərləndirir».

Ancaq Müsavat hesab edir ki, «bu təşəbbüslərin real nəticələrinin olması üçün müzakirə olunacaq məsələlərin, iştirakçıların formatının tərəflərlə əvvəlcədən müzakirə edilərək razılaşdırılması vacibdir».

Partiyadan verilən məlumata görə, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun bir qrup siyasi partiyaların rəhbərləri ilə təyin olunan görüşündə müzakirə ediləcək məsələlər əvvəlcədən razılaşdırılmayıb:

«Görüşün formatının hansı prinsiplərlə müəyyənləşdirildiyi məlum deyil».

Müsavat bunları nəzərə alaraq görüşdə iştirak etməkdən imtina edib.

AXCP-dən AzadlıqRadiosuna bildirilib ki, onlara görüş təklifi gəlməyib və ümumiyyətlə, bu məsələ partiyada müzakirə mövzusu deyil.

Görüş fevralın 12-də saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçiriləcək.

XS
SM
MD
LG