Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:38

Avstraliyada terror aktına hazırlaşan islamçılar həbs edilib


Avstraliya polisinin antiterror bölümü Sidney şəhərində İslam Dövləti təşkilatının üzvü olduqları ehtimal olunan iki nəfərin həbs edildiyini xəbər verib.

Polisin məlumatına görə şübhəlilər planlaşdırdıqları terror aktını törətməzdən iki saat əvvəl həbs ediliblər.

24 və 26 yaşında olan gənclərin evindən soyuq silahlar, İD-in bayrağı və planlaşdırılan hücumun təfərrüatlarını göstərən video tapılıb.

Bəzi məlumatlara görə onlar ictimai yerdə tanımadıqları adamlardan birinin başını kəsməyi planlaşdırıbmışlar.

Hər iki şübhəli çərşənbə günü məhkəmə qarşısına çıxarılacaq.

Ötən sentyabrda Avstraliya polisi buna bənzər akta hazırlaşdığı iddia olunan başqa bir şübhəlini həbs etmişdi.

XS
SM
MD
LG