Keçid linkləri

2026, 31 May, bazar, Bakı vaxtı 13:51

ATƏT-in Bakı ofisi prezidentin əfv fərmanını alqışlayır

Oktyabrın 23-də ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi prezident İlham Əliyevin əfv fərmanı ilə iki redaktoru cəzalarının çəkilməmiş hissəsindən azad etməsinin alqışlayıb. Dövlət başçısı oktyabrın 21-də imzaladığı əfv fərmanında həbs olunmuş jurnalistlərdən ikisini – «Milli yol» qəzetinin baş redaktoru Şahin Ağabəylini və «Böyük millət» qəzetinin baş redaktoru Samir Adıgözəllini də cəzasının çəkilməmiş hissəsindən azad edib.


Redaktorlar Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Şahin Ağabəylinin azadlığa çıxmasına 10, Samir Adıgözəlovun isə 4 ayı qalmışdı.


XS
SM
MD
LG