Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:11

İslam Dövlətinin sonuncu amerikalı girovunun öldüyü təsdiq edilib


Kayla Jean Mueller
Kayla Jean Mueller

ABŞ İslam Dövlətinin Suriyada girov saxladığı humanitar yardım işçisi Kayla Mueller-in öldüyünü təsdiq edib.

Əldə olan məlumatlara görə o, İD əsirliyində olan sonuncu amerikalı girov idi.

ABŞ prezidenti Barack Obama girovun ölümü ilə əlaqədar onun ailəsinə başsağlığı verib və deyib ki, “Kayla Amerikanın fəxr etdiyi dəyərlərin təcəssümü idi”.

Ötən həftə İD girovun İordaniya hərbi hava qüvvələrinin zərbələri nəticəsində həlak olduğu barədə məlumat yaymışdı.

İordaniya bu xəbəri sadəcə İD təbliğatı və dezinformasiyası adlandırmışdı.

Nə rəsmilər, nə də ailəsi girovun hansı şəraitdə ölməsi barədə açıqlama verməyiblər.

Lakin Ağ Evin sözçüsü bildirib ki, bütün hallarda Mueller-in ölümü üçün məsuliyyəti İD daşıyır.

XS
SM
MD
LG