Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:19

Merkel Ukrayna böhranını Kanadada da müzakirə edib


Stephen Harper və Angela Merkel
Stephen Harper və Angela Merkel

Almaniyanın kansleri Angela Merkel Ukrayna böhranını müzakirə etmək üçün Vaşinqtondan Kanadaya gedib.

O Ottavada baş nazir Stephen Harperlə görüşüb.

Harper görüşdən sonra keçirilən birgə mətbuat konfransında münaqişənin diplomatik yolla həllinə ümidlə yanaşdığını deyib.

Amma o qeyd edib ki, təəssüf ki, Rusiya prezidenti VladimirPutin bu vaxtadək bütün diplomatik vasitələri rədd edib və öz gündəmini hərbi zorakılıqla irəli aparmaq istəyir, hansı ki bu uğursuz yoldur.

Həmçinin Angela Merkel bir daha Ukrayna böhranının dinc yolla həllinə ümidlə yanaşdığını bildirib.

XS
SM
MD
LG