Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:09

Obama gününə «ölüm və dağıntılar»dan başlayır


Barack Obama
Barack Obama

-

Amerikalıların çoxu hər səhər günlərinə qara qəhvə içə-içə son xəbərlərin nəzərdən keçirilməsi ilə başlayır. Onların prezidenti Barack Obama-nın səhər içkisi qəhvə deyil, oxuduğu da qəzet xəbərləri yox, daha ağır kitabdır.

«Mənə ölüm, dağıntı, münaqişə və xaosla dolu qalın bir kitab verirlər. Səhər çayı arxasında onu oxuyuram», - deyə prezident vox.com saytına müsahibəsində öz səhərini təsvir edir.

Onun dediyi kitab rəsmi olaraq «prezidentin məlumat gündəliyi» adlanır. Həftənin 6 günü onun ən yaxın köməkçiləri tərəfindən hazırlanan bu məxfi məlumatları prezident saat 9:30-da təhlükəsizlik üzrə müşavirləri ilə müzakirə edir.

Geniş müsahibəsində Obama əsasən ABŞ-ın xarici siyasəti ilə bağlı sualları cavablandırır. Əsas problemlərdən biri kimi İraq və Suriyadakı İŞİD yaraqlılarının hücumlarını sayan Obama deyir ki, ABŞ münaqişə baş verən hər bir ölkəyə müdaxilə edə bilməz.

Regionda zorakılığın artdığını etiraf etsə də, Barack Obama əmindir ki, bəşəriyyət daha təhlükəsiz bir dünya istiqamətində inkişaf edir.

Onun hər səhər oxuduğu «kitab» isə, əslində, xüsusi iPad-dır. Ağ evin əməkdaşları xüsusi kiber-mühafizə sistemi olan bu iPad-a Mərkəzi Kəşfiyyat İdarəsindən gələn günün bütün məxfi sənədlərini yükləyirlər. Bildirilir ki, burada ABŞ təhlükəsizliyi və dünyanın müxtəlif ölkələrində baş verən hadisələrlə bağlı məlumatlar verilir. Tam məxfi olan bu sənədlərin məzmunu çox az adama məlumdur və demək olar ki, heç vaxt – hətta üstündən uzun müddət keçəndən sonra belə açıqlanmır. Lakin istisnalar da var.

Məsələn, 11 Sentyabr terrorunun araşdırılması zamanı prezident J.W.Bush-a 2001-ci il avqustun 6-da daxil olan məxfi məlumatın məzmunu açıqlanmışdı. Çünki həmin gün ABŞ prezidentinə daxil olan hesabatlar arasında «əl-Qaidə»nin böyük terror əməliyyatı hazırlaması haqda xəbərdarlıq da var idi.

Tarixi məlumatlara inansaq, gündəlik məxfi hesabatlarla tanışlıq təcrübəsinə ilk dəfə ABŞ prezidenti Henry Thruman müraciət edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG