Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 00:50

"Qoy bilsinlər ki, bu ölkədə Çingiz Abdullayevdən, Anardan başqa yazarlar da var”


Ayxan Ayvaz solda
Ayxan Ayvaz solda

-

Gənc yazarlar Ayxan Ayvazla Tural Şahtaxtinski Bakıda birgə kitab aksiyası keçiriblər.

Onlar günboyu şəhərin mərkəzi hissələrində gəzib qarşılarına çıxanlara özlərinin müəllifi olduqları “Bir ürəyin qürubu” (Ayxan Ayvazın tərcüməsində dünya ədəbiyyatından nümunələr) və “Uzaqda bir şəhər” (Tural Şahtaxtinskinin hekayələri) kitablarını imzalayaraq, pulsuz təqdim ediblər.

Ayxan Ayvaz onları aksiyaya kitab mağazalarında kitablarına qarşı etinasız münasibətin sövq etdiyini deyir:

“Kitab mağazalarına gedib kitablarımızın satılıb-satılmamağı haqqında soruşanda bizə deyirlər ki, gəlin götürün, bizə lazım deyil, onsuz da yer tutur. Azərbaycanda oxucu da deyir ki, sən kimsən, səni tanımıram, tanımaq istəmirəm, pulum yoxdu sənin kimilərə xərcləməyə. Maraqlı deyilsən mənim üçün.

Ancaq Ramiz Rövşənin "İlan balası" şeirini oxuyan gənclərə kitabımızı təqdim etməyin yalnız bir yoiu qalırdı: o da pulsuz vermək. Heç olmasa pulsuz qəbul edərlər dedik. Gedib evdə açıb, baxarlar ki, belə bir adam da yaşayır bu ölkədə”.

Tural Şahtaxtinski isə deyir ki, məqsəd insanların kitaba münasibətini öyrənməkdir: “Axı onları kitabdan qaçaq salan nədir? Pul? Bu əngəli də aradan götürdük. Ya da tanınmamağımız? Bunu da özümüz küçəyə düşüb kitabı təqdim etməklə aradan götürdük. Məncə, insanları bəzən kitabın görünüşü ilə tanış etmək lazımdır. Əsas olan kitabı görmələridir. Bilsinlər ki, bu ölkədə Çingiz Abdullayevdən, Anardan başqa yazarlar da var”

Aksiyayla bağlı təəssüratlarını bölüşən Ayxan Ayvaz, deyib ki,

“Xanımlar elə bildi, bu yolla qız tutmaq istəyirik. Cavan oğlanlar onlarla məzələndiyimizi düşündülər, hansısa televiziyanın əməkdaşı olduğumuzu düşündülər. Ancaq bununla belə, aksiya çox maraqlı keçdi. Kitabı alanlar bizim növbəti kitablarımızın çapı ilə maraqlandılar. Onlara kitab mağazalarının harda yerləşdiyini dedik, kitabı harda əldə edəcəklərini dedik".

XS
SM
MD
LG