Bakıda maşın 11 yaşlı qızı vyraraq öldürüb.
Binəqədi Rayon Polis İdarəsinin məlumatına görə, hadisə fevralın 9-da Baksol yolunda baş verib.
Naməlum adam 11 yaşlı Ziynət Feyzullayevanı maşınla vuraraq hadisə yerindən qaçıb və uşaq hadisə yerindəcə keçinib.
Hazırda axtarış-əməliyyat tədbirləri keçirilir.