Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:01

Malala Yousufzai “Grammy” mükafatına layiq görüldü


Malala Yousafzai
Malala Yousafzai

Nobel sülh mükafatçısı olan pakistanlı hüquq müdafiəçisi balaca Malala Yousufzai “Grammy” mükafatına da layiq görüldü.

Onun “Mən Malalayam:Təhsil üçün ayağa qalxan və dünyanı dəyişən qız” adlı kitabının audio versiyası ilin ən yaxşı uşaq albomu hesab olunub.

Malala bu kitabı 1980-ci illərdə Əfqanıstan və Pakistanda olmuş britaniyalı hərbi müxbir Christina Lambla birlikdə yazıb.

2012-ci ildə Pakistanda talibançıların silahlı hücumuna məruz qalan balaca Malala ölümdən təsadüfən dönüb.

Həmçinin Time jurnalı 2013-cü ildə onu dünyanən 100 nüfuzlu şəxsiyyətləri sırasına salıb.

XS
SM
MD
LG