Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 00:47

AzadliqLive - 13 fevral

23:36 12.2.2015

Balanslı xarici siyasət

Audrey Altstadt

"2015-ci il Azərbaycan-ABŞ münasibətlərinin gələn 5 ildə münasibətlərinin müəyyənləşməsində dönüş ili ola bilər. Azərbaycanın qonşuları ilə ticarət əlaqələri və dostluq münasibətləri qurmalıdır. Son hadisələr göstərir ki, Azərbaycan hakimiyyəti və ya hakim elitanın içində müəyyən dairələr xarici siyasətdə və daxili siyasətdəki tənqidlərə münasibətdə Rusiyaya yaxınlaşmağa meylldir. Lakin İlham Əliyevin Putinlə çoxsaylı görüçlərinə baxmayaraq bu istiqamətdə hərəkət etməkdə Azərbaycanın imkanları məhduddur. İlham Əliyevin ətrafında həyat tərzi və biznesdə Qərbin təklif etdiyi imkanlara üstünlük verənlər çoxdur. Ona görə də ehtmal olunur ki, Azərbaycan rəhbərliyi xarici siyasətdə yeni balans axtararq Rusiya, İran, Türkiyə, İsrail, ABŞ da daxil olmaqla Qərblə yeni münasibətlər qurmağa calışacaq".

19:04 12.2.2015

Erdogan Kubada məscid tikdirmək istəyir

Arxiv fotosu
Arxiv fotosu

Türkiyə prezidenti Recep Tayyip Erdogan Kuba rəhbərliyindən bu ölkədə məscid tikintisinə icazə verilməsini xahiş edib.

Prezidentin rəsmi saytının məlumatına görə Erdogan Havanaya səfəri zamanı bu məsələnin həllinə çalışacaq.

Erdoganın Kubadan hansı cavab alacağı hələlik bilinmir.

Kuba 1992-ci ilədək rəsmi olaraq ateist ölkə olub, baxmayaraq ki, əhalisinin əksəriyyəti özünü katolik sayır.

Daha ətraflı burda oxu...

15:27 12.2.2015

-

Elnur Hüseynov finalda-[video]

Fevralın 11-də «Exogenesis Symphony» mahnısı ilə Elnur Hüseynov yarı final mərhələsini də geridə qoyub. O, tamaşaçılardan ən çox səs alaraq finala keçib.

Elnurun «O Səs Türkiyə» yaraşmasındakı qalibiyyəti Türkiyə mediasında fərqli işıqlandırılır. Bəzi qəzetlər onun istedanından, bəziləri də Elnurun Ebru Gündeşə əri Rza Zerrabdan hədiyyə edilməsindən yazır.

14:38 12.2.2015

Lukashenko bağlı qapılar arxasındakı danışıqlar haqda

"Siz bu işgüzar dialoqları və danışıqları eşitsəydiniz, başınıza hava gələrdi. Sevinin ki, işgüzar toplaşmada iştirak etməmisiz. Çox ağır və cansıxıcı işdir" - Fevralın 12-də Rusiya-Ukrayna danışıqlarının gedişi haqda jurnalistlərin sualına cavab verən Belarus prezidenti belə deyib. Danışıqların gedişi və detalları haqda axşam saat 8-də, AzadlqiLive-da

Davamı

XS
SM
MD
LG