Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 14:38

Mədəniyyət Nazirliyi: ""Leviafan"a qadağa qoyulmayıb"


"Leviafan" filminin rejissoru Andrei Zvyagintsev

"Leviafan" filminin rejissoru Andrei Zvyagintsev

"Azərbaycanda "Leviafan" filminə qadağa qoyulmayıb".

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin saytı fevralın 8-də bununla bağlı məlumat yayıb.

Nazirliyin Kinematoqrafiya şöbəsi bildirir ki, Rusiya istehsalı olan "Leviafan" filminin Azərbaycanda nümayişi ilə bağlı nazirlik heç bir qadağa qoyulmayıb.

Contact.az BBC-yə istinadla xəbər yaymışdı ki, Azərbaycan kino izləyiciləri Rusiyada kəskin mübahisəyə səbəb olmuş “Leviafan” filminə baxa bilməyəcəklər.

Xəbərdə deyilirdi ki, Park Cinema kinoteatrlar şəbəkəsinin marketinq üzrə direktoru Musa Axundovun bildirdiyinə görə, yayım firması Azərbaycanda filmi kirayələrdən götürüb.

XS
SM
MD
LG