Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 03:01

Kerry: “ABŞ və Avropa Ukraynanı dəstəkləmək üçün birlikdə işləyir”


John Kerry

“Ukraynadakı münaqişədə Rusiyanın roluna gəldikdə, Amerika ilə Avropa arasında hər hansı fikir ayrılığı yoxdur”.

Bunu ABŞ-ın Dövlət katibi John Kerry deyib.

Münhendəki beynəlxalq təhlükəsizlik konfransında çıxış edən Kerry bildirib ki, ABŞ və Avropa birdir, Ukraynanı dəstəkləmək üçün birlikdə sıx işləyirlər.

O, xəbərdarlıq edib ki, Rusiya şərqi Ukraynada sabitliyi pozma fəaliyyətini davam etdirərsə, Qərb məcbur olacaq ki, Rusiyaya bunun qarşılığını daha çox ödətdirsin.

Kerry-nin bu bəyanatı ABŞ-ın Kiyevi silahlandırmaq planlarına Avropanın qarşı çıxdığına dair xəbərlərin yayıldığı bir vaxta təsadüf edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG