Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:17

Sumqayıt sakinləri söküntüdən narahatdır


Arxiv fotosu
Arxiv fotosu

-

«Qəflətən ağır texnikalarla gəldilər. Əşyalarımızı da çıxarmağa imkan vermədilər. Evlərimizi başımıza uçurdular. Hara gedəcəyimizi bilmirik»

AzadlıqRadiosunun «Qaynar xətt»inə danışan Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Şirvan dəmiryol massivinin sakini Ehtiram Bayramodur. Daha doğrusu, 2 gündür ki, keçmiş sakini...

Fevralın 4-də onun yaşadığı evi içərisindəki əşyalarla birlikdə uçurublar. İndi getməyə nə yeri var, nə yurdu...

«Fevralın 3-dən massivimizdə sökhasökdür. Evlərimizi xəbərdarlıq etmədən, məhkəmə qərarı olmadan sökürlər. Azı 10 ev söküblər. Nə kompensasiya adı çəkən var, nə də başqa yerdə ev verən var... Elə bil quş yuvası dağıdırlar. Heç geyimimizi də çıxara bilməmişik. Təkcə sənədlərimizi götürməyə macal tapdıq».

Ehtiram Bayramov deyir, evini tərk etmək istəməyənləri döyə-döyə çıxarıblar:

Azı yüz polis işçisi töküldü. Evləri mühasirəyə aldılar. Elə bil qatı cinayətkar yaxalamağa gəlmişdilər. Evini tərk etmək istəməyəni döyə-döyə, sürüyüb çıxartdılar atdılar çölə...

«Azı yüz polis işçisi töküldü. Evləri mühasirəyə aldılar. Elə bil qatı cinayətkar yaxalamağa gəlmişdilər. Evini tərk etmək istəməyəni döyə-döyə, sürüyüb çıxartdılar atdılar çölə. Nə qoca, nə qadın bilmədən hamını bir-birinin gözünə qatdılar. Sumqayıtın icra hakimiyyətinin işçiləri də gəlmişdilər. Polisin köməkliyi ilə bizi evlərimizdən çıxardılar. Əşyalarımız da içərisində ola-ola sökdülər».

Müsahibimizin deməsinə görə, evləri uçurulandan sonra Sumqayıt şəhər icra hakimiyyətinə üz tutsalar da onları heç kəs qəbul etməyib.

İCRA HAKİMİYYƏTİ DEYİR Kİ...

Sumqayıt şəhər İcra Hakimiyyətindən bildiriblər ki, Şirvan dəmiryol massivində sökülən evlər özbaşına təhlükə yarada bilən tikililərdir. Belə evlərin tikintisi necə baş tutub? «Sökülərkən məhkəmə qərarı olubmu» sualı isə cavabsız buraxılıb.

Sakinlər bildirirlər ki, üstündə ev tikdikləri torpaq sahəsini onlara 1990-cı illərdə dəmiryol idarəsi verib. Dəmiryol xəttindən 50-60 metr aralıda yerləşir. Tikinti işləri isə yerli müvafiq dövlət qurumları ilə şifahi razılaşdırılıb. Yəni sənədsiz tikilib.

HÜQUQŞÜNAS: MƏHKƏMƏ QƏRARI OLMADAN...

Hüquqşünas Namizəd Səfərov bildirib ki, hətta sənədsiz olsa belə, o evlərin məhkəmə qərarı olmadan və kompensasiya ödənilmədən sökülməsi qanunaziddir.

XS
SM
MD
LG