Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 00:49

BMT-nin yeni Yaxın Şərq koordinatoru bolqardır


Nikolay Mladenov

-

Nikolay Mladenov BMT-nin Yaxın Şərq üzrə yeni koordinatoru təyin olunub. BMT-nin baş katibi Ban Ki-moon yeni təyinatı elan edib. Mladenov 7 il həmin vəzifədə olmuş Robert Serry-ni əvəzləyəcək.

42 yaşlı Mladenov hazırda BMT-nin İraqdakı təmsilçisidir. O, 2010-2013-cü illərdə Bolqarıstanın xarici işlər naziri olub, 2007-2009-cu illərdə Avropa Parlamentində işləyib.

Mladenov BMT-nin Yaxın Şərq sülh prosesində xüsusi koordinatoru, Ban-ın Fələstin Muxtariyyəti üzrə şəxsi təmsilçisi və Yaxın Şərq vasitəçiləri dördlüyündə elçisi olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG