Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:13

Ötən il Rusiyanı 44 mindən çox azərbaycanlı rərk edib


Ötən ilin ikinci yarısında Rusiyanı bir milyon xarici tərk edib.

Bu barədə Rusiyanın Federal Miqrasiya Xidməti məlumat yayıb.

Məlumata görə, bu müddət ərzində Rusiyanı ən çox tərk edən özbəklərdir- 364 min nəfər.

İkinci yerdə isə 174 min nəfərlə taciklər gəlir.

Azərbaycanlılara gəldikdə isə 2014-cü ilin birinci yarısında Rusiyanı 16 min 461, ikinci yarısında isə 28 min 196 nəfər təkd edib.

Ermənistan və Moldovadan isə əksinə, ötən illə müqayisədə Rusiyaya axın artıb.

Xaricilərin Rusiyanı tərk etməsinə əsas səbəb kimi bu ölkədəki iqtisadi böhran, bahalaşma və rublun dəyərinin kəskin düşməsi göstərilir.

XS
SM
MD
LG