Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:25

Həbsxanada doğulan uşağın atası olduğu iddia edilən məhbus DNT analizi verib


Lamiyə Quliyeva
Lamiyə Quliyeva

Ombudsman aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisəsində məhbus Lamiyə Quliyevanın dünyaya gətirdiyi uşağın atası olduğu iddia edilən məhbusla görüşüb.

Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhkum ailəsində problem yaranmasın deyə adının məxfi saxlanılmasını xahiş edib.

O bir müddət Lamiyə Quliyeva ilə eyni müəssisədə saxlanıldığını, qiyabi tanışlıq münasibəti olduğunu, amma canlı təmasda olmadığını və uşağın atasının müəyyənləşdirilməsi ilə bağlı DNT qan analizi verdiyini bildirib.

Məlumata görə məhbus görüşdə təzyiq və zorakılığa məruz qalmadığını bildirib və bu barədə müvəkkilə yazılı izahat verib.

Ədliyyə Nazirliyi hazırda məsələ bağlı araşdırma aparır, hər iki məhbusdan izahat alınıb, müvafiq analizlər götürülüb və yaxın günlərdə açıqlama veriləcək.

XS
SM
MD
LG