Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 01:02

Tayvanda təyyarə çaya düşüb- [Video]


Xilasedicilər qəza yerində

-

Tayvanın TransAsia hava yollarına məxsus təyyarəsi paytaxt Taypey yaxınlığında çaya düşüb. Təyyarədə 58 nəfərin olduğu bildirilir.

Tayvan Televiziyası azı 12 nəfərin öldüyünü xəbər verir. Qəza fevralın 4-də baş verib.

ATR 72-600 təyyarəsi körpüyə dəyib. Ölənlərlə birlikdə təyyarədən 27 nəfər çıxarılıb.

Qalan 31 nəfərdən xəbər yoxdur. ONlar ya hələ də təyyarənin içində qalıblar, ya da çayda batıblar.

Hadisə yerindən fotolarda təyyarənin Keelung çayında korpusu görünür.

Təyyarə Taypeydən Kinmen adasına uçurmuş.

İyulda TransAsia təyyarəsi Penghu adasına enəndə qəzaya uğramış, 48 nəfər ölmüşdü.

XS
SM
MD
LG