Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:31

ATƏT Debaltsevedə atəşkəsə çağırır


Debaltsevedə Ukrayna patrulları
Debaltsevedə Ukrayna patrulları

-

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri Ivica Dacic Ukraynanın şərqindəki Debaltseve atəşkəsə çağırıb. O, mühasirəyə alınmış şəhərdən dinc sakinlərin çıxarılmasını vacib sayır.

Dacic fevralın 3-də verdiyi bəyanatda deyir ki, "Debaltseve ərazisində bütün tərəflər minimum 3 günlük atəşkəs elan etsinlər".

Onun sözlərinə görə, atəşkəsdən yararlanaraq davamlı atəşkəs üçün məsləhətləşmələr də bərpa olunmalıdır.

İki həftədir Debaltseve ərazisində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında döyüşlər gedir.

Amnesty International fevralın 3-də yaydığı bəyanatda Debaltsevedə vəziyyəti "fəlakətli" adlandırıb. Belə ki, minlərlə sakin "intensiv atəşlərdən qorunmağa çalışır", içməli su, ərzaq, elektrik, tibbi ləvazimata ehtiyacı var.

XS
SM
MD
LG